Qamper Kuboku: “Barselona” “Boka Xuniors”u darmadağın etdi (VİDEO)


Digərləri 16 Avq 2018 06:50:07 172 0

Qamper Kuboku: “Barselona” “Boka Xuniors”u darmadağın etdi (VİDEO)

Ənənəvi olaraq keçirilən Qamper Kuboku uğrunda matçda “Barselona” və “Boka Xuniors” üz-üzə gəlib

Bakı. Tural Turan - Ənənəvi olaraq keçirilən Qamper Kuboku uğrunda matçda “Barselona” və “Boka Xuniors” üz-üzə gəlib. Trend-in məlumatına görə, görüşdə hesabı 18-ci dəqiqədə Malkom açıb. 39-cu dəqiqədə yeni kapitan Messi komandasının üstünlüyünü iki topa çatdırıb. Oyunda son nöqtəni isə 69-cu dəqiqədə Rafinya qoyub.