Günəbaxan tumunun bilmədiyimiz FAYDALARI


Digərləri 15 Avq 2018 23:30:00 296 0

Günəbaxan tumunun bilmədiyimiz FAYDALARI

Şərq insanı çərəzi çox xoşlayır. Azərbaycanda günəbaxan tumunu xoşlamayan insan demək olar ki, çox azdır. Amma bu günə qədər günəbaxan tumunun tərkibində çoxsaylı minerallar və vitaminin olduğunu çox az adam bilir.

Son.az "ölkə.az"-a istinadən günəbaxan tumunun faydalarını təqdim edir.

Psixoloqlar bildirirlər ki, günəbaxan tumu çırtlayan insanlarda müsbət təsir oyadır. İnsanlar bir çox hallarda əllərindəki tum bitdikdən sonra bir daha çırtlamayacağını deyirlər. Amma yenidən paketə əl atırlar.

Tum çırtlayanda çox vaxt  başqa heç nə düşünmürük, ritmik bir hərəkətlə çırtlayırıq. Günəbaxan tumu insana rahatlıq və güvən hissi aşılayır.