Alimlər göz xəstəlikləri və kəmağıllıq arasında bağlılıq olduğunu sübut ediblər


Digərləri 15 Avq 2018 22:55:00 199 0

Alimlər göz xəstəlikləri və kəmağıllıq arasında bağlılıq olduğunu sübut ediblər

Vaşinqton Universitetinin əməkdaşları bildiriblər ki, qlaukoma, makulyar distrofiya və diabetik retinopatiya (gözün tor qişasının xəstəliyi) ilə Altsheymer xəstəliyi arasında bağlılıq var. Bu kəşf neyrodegenerativ xəstəliklərin müayinəsini nəzərəçarpacaq dərəcədə asanlaşdıracaq. Tədqiqatlarda təxminən 4000 nəfər yaşlı insan könüllü kimi iştirak edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, birinci müayinəyədək könüllülərə Altsheymer xəstəliyi diaqnozu qoyulmasa da, təcrübənin sonunda onların 20 faizində kəmağıllıq yaranmağa başlayıb. Bundan başqa, qlaukoma, makulyar distrofiya və diabetik retinopatiya xəstələrində demensiya riski digərləri ilə müqayisədə 40-50 faiz yüksək olub. Yaşlı insanlarda əksər hallarda rast gəlinən katarakta ilə demensiya arasında isə bağlılıq müşahidə edilməyib.