2 avtomobil toqquşub, xəsarət alanlar var


Digərləri 15 Avq 2018 22:25:00 241 0

2 avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində 2 avtomobil toqquşub, xəsarət alanlar var. Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin Şərq çıxışında baş verib. "VAZ-21011" markalı avtomobillə "Nazlifan" markalı avtomobilin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin orta-ağır, digərlərinin isə qənaətbəxş və normal olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri isə araşdırılır.