Cənubi Koreyada şiddətli istilər 48 nəfəri öldürdü


Dünya 15 Avq 2018 22:05:00 263 0

Cənubi Koreyada şiddətli istilər 48 nəfəri öldürdü

Cənubi Koreyada 25 gündür ki, davam edən şiddətli istilər nəticəsində 48 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, paytaxt Seuldan 85 kilometr şərqdə yerləşən Honçhon əyalətində temperatur 41 dərəcəyədək qalxıb.

Bu, ölkə tarixində qeydə alınan ən yüksək temperatur olub. Ümumilikdə istidən 4,1 min nəfərin əziyyət çəkdiyi məlumat verilib.