Cücərdilmiş buğdanın şəfaverici gücü hər gün yeyin!


Digərləri 15 Avq 2018 21:35:00 273 0

Cücərdilmiş buğdanın şəfaverici gücü  hər gün yeyin!

Cücərdilmiş buğda çox qiymətli qidalı məhsuldur. Bir çox ölkələrdə cücərdilmiş buğda supermarketlərdə və ya xüsusi dükanlarda "müalicəvi qida" qeydi ilə satılır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, cücərdilmiş buğdanın tərkibi adi buğda ilə müqayisədə qat-qat zəngindir.

Belə ki, cücərdilmiş buğda omeqa-3 yağlı turşularla zəngindir. Saglamolun.az xəbər verir ki, bu həyati vacib maddələr insan orqanimində sintez olunmur və orqanizmə daim qida ilə daxil olunmalıdır. Omeqa-3 xolesterinin səviyyəsini şağı salır, infarkt və insultin riskini azaldır. Yalnız 1 çay qaşığı cücərdilmiş buğdada omeqa-3 yağlı turşusunun günlük dozası var.  

Bundan əlavə cücərdilmiş buğda B qrupu vitaminlərlə zəngindir. Bu vitaminlər orqanizmdə bir çox proseslərdə iştirak edir - beyinin fəaliyyətini stimullaşdırır, stressi və həyacanı azaldır, depressiya zamanı kömək edir, metabolizmi sürətləndirir, qırmızı qan hüceyrələrinin sintezində iştirak edir.

Cücərdilmiş buğda E vitamininin miqdarına görə lider sayılır. Bu vitamin dərinin və reproduktiv sisteminin sağlamlığı üçün olduqca vacibdir. Ən güclü antioksidantlardan biri olan E vitamini orqanizmdə qocalma proseslərini ləngidir, bir çox xəstəliklərin (o cümlədən, ürək-damar sistemi və xərçəng xəstəliklərinin) riskini azaldır.