Bu səbəblər dünya nüvə müharibəsini BAŞLADA BİLƏR Amerika nəşri AÇIQLADI


Digərləri 15 Avq 2018 21:20:00 262 0

Bu səbəblər dünya nüvə müharibəsini BAŞLADA BİLƏR  Amerika nəşri AÇIQLADI

Rusiya, ABŞ və ya Çin tamamilə təsadüfən dünya nüvə müharibəsinə başlaya bilər.

Son.az xəbər verir ki, bu haqda "National Interest" Amerika jurnalı yazıb.

Nəşr qeyd edir ki, dünya dövlətlərinin əvvəlki müşahidə və kəşfiyyat sistemləri yalnız nüvə ballistik raketlərinin işə salınmasının izlənilməsi üçün tətbiq edilirdi. İndiki halda isə bu sistemlər həmçinin qeyri-nüvə döyüş başlıqlarının işə salınmasının izlənilməsi üçün istifadə olunmağa başlanılıb.

Nəşrin yazdığına görə, beləliklə, bu sistemlər təsadüfən nüvə və qeyri-nüvə silahından istifadəni səhv sala, nəticədə digər tərəfdən müvafiq zərbənin vurulmasına gətirib çıxara bilər.

Bundan başqa, adıçəkilən ölkələr eyni yerlərdə nüvə və qeyri-nüvə silahlarını yerləşdirərək öz rəqiblərini xüsusi olaraq çaşdırırlar. Məsələn, "National Interest" yazır ki, Rusiya nüvə döyüş başlıqlı ballistik raketləri daşıyan sualtı gəmilərini adi silahlarla təchiz edilən sualtı qayıqlar eyni yerdə yerləşir.