Əməkdar artist şəxsi həyatından danışdı: "Həyat yoldaşım məni "Yetər" obrazında sevmişdi" FOTO


Kriminal 15 Avq 2018 21:00:00 296 0

Əməkdar artist şəxsi həyatından danışdı: "Həyat yoldaşım məni "Yetər" obrazında sevmişdi"  FOTO

Əməkdar artist Suğra Bağırzadənin Son.az-a müsahibəsi.

- Suğra xanım, istərdim uşağlıq illərinizi birlikdə xatırlayaq. Nələr yadınızda qalıb?

- Biz ailədə 7 bacı, 1 qardaş olmuşuq. Qardaşım bir neçə ay olar ki, dünyasını dəyişib. Bacılarımın içində ortancılı mən idim. Məktəbdə oxuyanda direktor bizə "7 gözəl, Bəhram uşaq" deyirdi. Qardaşımın adı Məhərrəm idi, amma onu Bəhram uşaq çağırırdılar. Evdə anamdan güllərə xüsusi qayğı, diqqət görmüşəm. Yaşım az olsa da bir məqama həmişə diqqət edirdim. Anamın qulluq etdiyi dibçəklər çiçək açanda evdə həmişə əhval- ruhiyyə yaxşı olurdu.

- Siz hələ sənətə gəlməzdən öncə artıq "Cücələrim" mahnısı ilə tanınırdınız.

- Mən Əfsər Cavanşirovun rəhbərlik etdiyi xor dərnəyinə yeni gəlmişdim. Mən bu dərnəyə gələndə Əfsər müəllim "Cücələrim" mahnısını solo oxumaq üçün səs axtarırdı. Səsimi yoxlayandan sonra belə qərara gəldi ki, mahnını mən oxuyum. Mahnının ilk ifaçısı kimi mən tarixdə qaldım. Bundan sonra mənim üzümə daha bir uğur qapısı açıldı. 1959 cu ildə  Moskvada 10 günlük Azərbaycan günləri keçirilirdi. Belə qərara gəldilər ki, uşaqları da həmin mötəbər tədbirə aparsınlar. Böyük teatrın səhnəsində mən "Cücələrim" mahnısını rus dilində oxuyub, rəqs etdim. Bu mənim həyatımda böyük dönüş nöqtəsi idi. Yaxşı səsim olduğuna görə mən artıq kinostudiyaya dublyaja da gedirdim. Təbii ki, bu da ətrafdakı uşaqların mənə qarşı qısqanclıq münasibətlərinin artmasına səbəb olmuşdu. Mən onlardan fərqlənsəm də, heç vaxt bunu biruzə vermirdim.

- Məktəbli bir qızın bütün vaxtını sənətə ayırması təbii ki, evdə yaxşı qarşılanan bir hal deyildi. Valideynləriniz sizi bu yoldan çəkindirmək istəyirdi?

- Atam nəinki mənə, bütün övladlarına belə bir şərt qoymuşdu ki, məktəbdə əla qiymətlərlə oxumasanız sizi nə gəzməyə aparacağam, nə də kinoya. Biz də atamın sözünə əməl edirdik. Məktəbdə oxuyanda gəlib məni kinostudiyada dublyaja aparırdılar. Dublyajda elə aktyorlarla işləmişəm ki, onları heç vaxt unuda bilmərəm.

- Kimləri xatırlayırsınız?

- İlk dəfə mən "Kor çalğıçı" filmində Ələsgər Ələkbərovun oğlu obrazının səsini səsləndirmişəm. Mən dublyaja gələndə Ələsgər müəllim soruşurdu ki, yemək yemisən, çay içmisən? Deyəndə ki, "yox yeməmişəm" o saat deyirdi ki, bu uşağa yemək verin, səsi sonra da yaza bilərik. Məktəbi bitirəndən sonra "Ulduz" filmində "Yetər" obrazına dəvət aldım. Kifayət qədər dublyaj təcrübəm olduğuna görə kameradan çəkinmirdim.

- Mən bilirəm ki, filmə dəvətinizin çox maraqlı tarixçəsi var.


Xəbərə aid fotolar