Azərbaycanda güclü leysan tütün plantasiyalarına ciddi zərər vurmayıb


Digərləri 15 Avq 2018 20:40:00 198 0

Azərbaycanda güclü leysan tütün plantasiyalarına ciddi zərər vurmayıb

Azərbaycanın şimal-qərbində güclü leysan yağışları bölgədəki tütün plantasiyalarına ciddi zərər vurmayıb.

Son.az bildirir ki, bunu Trend-ə Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Telman Həsrətov deyib.

Onun sözlərinə görə, əksər plantasiyalar az miqdarda su altında qalıb ki, bu da əksinə, tütün üçün xeyirlidir:

"Biz indi yağışın kəsdiyi ərazilərdə plantasiyalara baxış keçiririk. Baxdığımız plantasiyaların əksəriyyəti çox az zərər çəkib. Biz hələlik dağlara yaxın və daha yüksəkdə yerləşən plantasiyaları yoxlamamışıq. Orada yağış daha şiddətli yağıb. Əsas odur ki, plantasiyalar tamamilə su altında qalmasın. Bu, tütün üçün zərərlidir".