4 otaqlı ev əşyaları ilə birgə yanıb


Digərləri 15 Avq 2018 20:19:00 192 0

4 otaqlı ev əşyaları ilə birgə yanıb

Beyləqanda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Əhmədli kəndində ümumi sahəsi 162 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.