Vanuatuda on minlərlə sakin təxliyə olundu:


Dünya 15 Avq 2018 19:49:00 262 0

Vanuatuda on minlərlə sakin təxliyə olundu:

Vanuatu dövlətinə məxsus Oba adasında Monaro vulkanının fəallaşması ilə əlaqədar on minlərə sakin təxliyə olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Vanuatunun iqlim dəyişmələri naziri məlumat yayıb.

Nazirin bildirdiyinə görə, Oba adasından 3000 nəfər Santo adasına, 2600 nəfər isə Maevo adasına təxliyə olunub. Digər sakinlər özləri adanı tərk ediblər.

Sakinlər hələ 2017-ci ilin sentyabrında, Monaro vulkanı ardıcıl püskürməyə başlayarkən müvəqqəti təxliyə olunublar. Cari ilin martından isə hakimiyyət orqanları Oba sakinlərini yaşayış yerlərini tamamilə tərk etməyə çağıraraq, onlara qonşuluqdakı adalara köçməyi təklif edib.