Sabah Gəncədə qaz təchizatında məhdudiyyət olacaq


Digərləri 15 Avq 2018 18:30:00 219 0

Sabah Gəncədə qaz təchizatında məhdudiyyət olacaq

Sabah saat 10:00-dan 18:00-dək Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son.az bildirir ki, "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, məhdudiyyət istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulmuş tədbirlər planına əsasən istismara yararsız qaz tənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədardır.