Bakının bir neçə rayonunda qaz olmayacaq
Digərləri 15 Avq 2018 18:24:00 205 0
“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.
Bakı.
Bakı şəhərinin Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, avtomobil yolunun tikintisi sahəsinə düşən yeni çəkilmiş diametri 530 mm-lik Əzizbəyov dairəsi Modul “30-cu sahə Qaz Paylayıcı Stansiyası” magistral qaz kəmərinin 294 metr hissəsinin və diametri 325 mm-lik, “30-cu sahə-Qazanlar Qaz Paylayıcı Stansiyası” magistral qaz kəmərinin 125 metr hissəsinin mövcüd şəbəkəyə birləşdirilməsi ilə bağlı texniki səbəblərdən qaz təchizatının dayandırılmasının 14.08.2018-ci il tarixindən 16.08.2018-ci il tarixinə keçirilməsi zəruriyyəti ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək qaz məhdudiyyəti olacaq.
Mənbə: az.trend.az