Türklər öz “iPhone” telefonlarını sındırır və yandırırlar


Dünya 15 Avq 2018 18:14:00 262 0

Türklər öz “iPhone” telefonlarını sındırır və yandırırlar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın boykot barədə həmvətənlərinə etdiyi çağırışdan sonra türklər hərəkətə keçiblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, əhali ABŞ-da istehsal olunmuş mallardan imtina edir.

İş o yerə çatıb ki, "iPhone" istifadəçiləri nümayişkaranə şəkildə öz smartfonlarını sındırırlar.

Sosial şəbəkələrdə yerləşdirilən video ABŞ-a etiraz dalğasının necə sürətlə geniş vüsət aldığını göstərir.