Mağazadan pul oğurlayan şəxsin başqa bir cinayəti üzə çıxıb


Digərləri 15 Avq 2018 18:19:44 209 0

Mağazadan pul oğurlayan şəxsin başqa bir cinayəti üzə çıxıb

Nəsimi rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən T.Purdari saxlanılıb

Bakı. Mağazadan pul oğurlayan şəxsin başqa bir cinayəti üzə çıxıb. DİN-dən Trend-ə verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi, Nəsimi RPİ 19-cu PŞ və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il mayın 10-da Nəsimi rayonu ərazisindəki mağazaların birindən 50 manat pul, tütün məmulatı və sərinləşdirici içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tuqay Purdari saxlanılıb.