İsrail "Eurovision" üçün tələb olunan məbləği ödədi


Digərləri 15 Avq 2018 18:02:00 254 0

İsrail "Eurovision" üçün tələb olunan məbləği ödədi

İsrail bir müddətdir davam edən "Eurovision"la bağlı problemi həll edib. 

Milli.az axşam.az-a istinadən bildirir ki, İsrailin "Kan" ictimai yayım korporasiyası Avropa Yayım Şurasına (EBU) 12 milyon avro zəmanət haqqı ödəməli idi. Bunun üçün İsrailə dünənə qədər vaxt verilmişdi. Yalnız bu ödənişdən sonra ölkədə "Eurovision-2019"-un keçirilməsinə razılıq veriləcəkdi.

Ödəniş EBU tərəfindən qoyulmuş müddətin son günündə, Maliyyə Nazirliyinin krediti hesabına həyata keçirilib. Yarışmanın ümumi büdcəsi daha sonra müzakirə ediləcək.