Türkiyədə ev alan azərbaycanlıların sayı açıqlandı


Digərləri 15 Avq 2018 17:22:00 243 0

Türkiyədə ev alan azərbaycanlıların sayı açıqlandı

Türkiyədə xarici ölkə vətəndaşlarına satılan mənzillərin satışı bu ilin yanvar-iyul aylarında 29,6 faiz artaraq 11 min 321-dən 14 min 674-ə çatıb.

Son.az unikal.org-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyədən ən çox mənzil alan İraq vətəndaşlarıdır.

Belə ki, 2 min 571 mənzil İraq, 1298 mənzil Səudiyə Ərəbistan, 1265 mənzil İran, 988 mənzil Ruslar, 862 mənzil Əfqanıstan, 777 mənzil Kuveyt, 651 mənzil Almaniya, 506 mənzil İngiltərə, 487 mənzil Azərbaycan, 484 mənzil İordaniya və 338 mənzil Misir vətəndaşları Türkiyədən mənzil alıb.