"Qarabağ"la oyun daha ağır oldu"


İdman 15 Avq 2018 17:30:00 268 0

"Qarabağ"la oyun daha ağır oldu"

“BATE-nin "Qarabağ"-la oyununu tribunadan izlədim. Meydanda olmasam da, matçın bütün gərginliyini həyəcanını hiss etdim”.

Goal.az-ın məlumatına görə, bu sözləri BATE-nin yeni transferi Erveyn Mukam klubun rəsmi saytına açıqlamasında deyib. “Neman”dan transfer olunan Kamerun əsilli fransız yarımmüdafiəçi yeni komandasının “Qarabağ”la Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki cavab oyununu dəyərləndirib:

“HİK-lə oyuna da baxmışdım. Deyərdim ki, Azərbaycan klubu ilə matç daha ağır oldu. Şadam ki, çətinliyə baxmayaraq, futbolçularımız eyni nöqtəyə vurdular, meydanda bir-birləri üçün vuruşdular və sonda mərhələni keçdilər. Əsl komanda məhz belə olmalıdır”.

Qeyd edək ki, dünən “Qarabağ”la heç-heçə (1:1) edən BATE Bakıdakı qazandığı 1:0 hesablı qələbə sayəsində iki oyunun nəticəsinə əsasən, pley-off-a vəsiqə qazanıb.