Gürcüstanla həmsərhəd rayonlara nodulyar dermatit xəstəliyi əleyhinə vaksin göndərilib


Digərləri 15 Avq 2018 17:25:00 249 0

Gürcüstanla həmsərhəd rayonlara nodulyar dermatit xəstəliyi əleyhinə vaksin göndərilib

Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması qeydə alınıb.

Bakı. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə, Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması qeydə alınıb. Xəstəliyin ölkəmizə keçməsinin qarşısını almaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə nodulyar dermatıt xəstəliyi əleyhinə 15 000 doza miqdarında əlavə vaksin göndərib. Dövlət Baytarlıq Xidmətindən Trend-ə verilən məlumata görə, artıq vaksinlər lazımı temperatur rejimi gözlənilməklə Qazax, Ağstafa, Tovuz və Balakən rayonlarına çatdırılıb. Bundan əlavə heyvanların kütləvi satışı həyata keçirilən Bərdə rayonuna da nodulyar dermatıt xəstəliyi əleyhinə əlavə vaksin göndərilib. Peyvəndləmə tədbirlərinin “soyuq zəncir” prinsipinə uyğun qısa zaman kəsiyində başa çatdırılması nəzərdə tutulub. Tədbir 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda qabaqlayıcı tədbir olaraq immunitet yaratmaq və Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılır.