Pula görə atasının başını kəsdi,


Kriminal 15 Avq 2018 17:10:00 307 0

Pula görə atasının başını kəsdi,

Antaliyanın Kəpəz bölgəsində 60 yaşlı atasını döyüb, boğazını kəsərək öldürdüyü iddia edilən şəxs çay bağçasında çay içərkən saxlanılıb.

Son.az unikal.org-a istinadən bildirir ki, maddi problemlər üzündən 37 yaşlı oğlu S.Doğru ilə tez-tez mübahisə edən 60 yaşlı Hüseyn Doğru başqa məhəllədə kirayə ev götürüb və orada yaşamağa başlayıb.

Hüseyin Doğru oğlu S.Doğrunun pula ehtiyacı olduğunu düşünərək günorta saatlarında onun yaşadığı ünvana gedib. Bu zaman ata-oğul arasında mübahisə düşüb. Onların nəyin üstündə mübahisə etdikləri dəqiq bilinmir. Mübahisə davaya çevrilib və S.Doğru atası Hüseyin Doğrunun baş nahiyyəsinə dəfələrlə zərbələr endirib. Daha sonra oatasının başını kəsib. İddiaya görə ağır yaralanan atasının üzərinə qapını bağlayıb, evdən çıxan S.Doğru qaçaraq oradan uzaqlaşıb.