Xaçmazda maşın qaçıran şəxs qəza törətdi


Digərləri 15 Avq 2018 17:12:00 229 0

Xaçmazda maşın qaçıran şəxs qəza törətdi

Xaçmaz rayon sakini R.Hacıbalayev qaçırdığı avtomobili şəhər ərazisində idarə edərkən elektrik dirəyinə vurub

Bakı. Avqustun 14-də saat 1 radələrində Xaçmaz şəhəri ərazisindən şəhər sakini Azər Həşimova məxsus “VAZ-2104” markalı avtomobil qaçırılıb. DİN-dən Trend-ə verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Köhnə Xaçmaz kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Hacıbalayev avtomobili qaçırdıqdan sonra şəhər ərazisində idarə edərkən elektrik dirəyinə vurub və nəticədə xəstəxanaya yerləşdirilib.