Zidan EPL klubunu çalışdırmaq istəyir


İdman 15 Avq 2018 16:20:00 302 0

Zidan EPL klubunu çalışdırmaq istəyir

Real-ın sabiq baş məşqçisi Zinəddin Zidan yenidən işləmək arzusundadır.

Goal.az-ın “L`Equipe” nəşrinə istinadən yaydığı xəbərə görə, fransız mütəxəssis bu İngiltərə Premyer Premyer Liqası klublarından birini çalışdırmaq istəyir. Hətta Təcrübəli çalışdırıcının Manchester United-in sükanı arxasına keçmək istədiyi iddia olunur. Ancaq Fransa mətbuatı onun bu arzusunun qışdan tez gerçəkləşə biləcəyini  mümkünsüz hesab edir.

Qeyd edək ki, Zidan ötən mövsümün sonunda Real-dan istefa verib.