Dünya çempionu Roma-da


İdman 15 Avq 2018 15:56:00 235 0

Dünya çempionu Roma-da

Sevilla-nın yarımmüdafiəçisi Stiven Nzonzi karyerasını Roma-da davam etdirəcək. 

Goal.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, fransız futbolçu paytaxt təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. Nzonzinin keçidi Roma-ya 26,65 milyon avroya başa gəlib. Daha 4 milyon isə bonus şəklində ödəniləcək. 

Qeyd edək ki, DÇ-2018-in qalibi yeni klubunda 42 nömrəli forma ilə çıxış edəcək.