Magistraturaya qəbul planının 25 faizi boş qaldı


Digərləri 15 Avq 2018 15:34:00 263 0

Magistraturaya qəbul planının 25 faizi boş qaldı

2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul planı 74.87 % dolub. 2104 plan yeri (25.13%) boş qalıb.

Mill.Az bildirir ki, Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, 2018/2019-cu tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 12 387 bakalavr qeydiyyatdan keçib. I mərhələdə müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak edən 7293 bakalavrdan 6388 nəfəri respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olub. Lakin qəbul olan bakalavrlardan təqribən 9%-i qəbul olduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçməyib. Magistraturanın boş qalan plan yerinin müsabiqəsində iştirak etmək üçün isə 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən, bu il 6269 bakalavr (Azərbaycan bölməsi üzrə 5752, rus bölməsi üzrə 517) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2250 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib.