Fenerbahçe Galatasaray-a milyonlar qazandırdı


İdman 15 Avq 2018 15:33:00 291 0

Fenerbahçe Galatasaray-a milyonlar qazandırdı

Fenerbahçe Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizəni dayandırıb. 

Goal.az xəbər verir ki, İstanbul klubu ilk oyunda səfərdə 0:1 hesabı ilə uduzduğu Benfica ilə öz meydanında bərabərə qalıb - 1:1. Bu nəticədən sonra cari mövsüm ÇL-in qrup mərhələsində Türkiyəni yalnız çempion Galatasaray təmsil edəcək. 

Fenerbahçe-nin ÇL-dən kənarda qalması isə Galatasaray-a maddi baxımdan faydalıdır. Belə ki, qrup mərhələsində yalnız Galatasaray iştirak edəcəyindən UEFA-nın Türkiyəyə ayıracağı yayım məbləğinin hamısı “Sarı-qırmızılılar”a çatacaq. Söhbət minimum 22 milyondan gedir. Beşiktaş ötən il məhz bu qədər vəsaitə sahib çıxmışdı. Cari mövsümdə məbləğin daha da artacağı ehtimal edilir.