Əfqanıstanda partlayış:


Dünya 15 Avq 2018 14:36:00 196 0

Əfqanıstanda partlayış:

Əfqanıstanda baş vermiş iki ayrı partlayış nəticəsində azı 10 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, ölkənin şərqindəki Laqman əyalətində uşaqlar tapdığı partlayıcı qurğu ilə oynamağa başlayanda partlayış baş verib. Nəticədə altı uşaq həlak olub.

Digər partlayış isə Əfqanıstanın cənubundakı Zabul əyalətində baş verib. Burada avtomobilin minanın üzərinə çıxması nəticəsində 4 nəfər həlak olub, 2 nəfər yaralanıb.