Kavanidən xoş xəbər


İdman 15 Avq 2018 14:31:00 216 0

Kavanidən xoş xəbər

PSG-nin futbolçusu Edinson Kavani yaşıl meydanlara qayıtmağa hazırlaşır.

Goal.az-ın "L'Equipe"yə istinadən yaydığı xəbərə görə, uruqvaylı hücumçu gözləniləndən də tez zədəsini sağaltmaq üzrədir. Onun Fransa Liqasının ikinci turunda Guingam-la oyuna (18 avqust) kimi hazır olacağı gözlənilir. E.Kavaninin adının bu görüşün iştirak ərizəsində ola biləcəyi vurğulanıb.

Xatırladaq ki, Kavani DÇ-2018-in 1/8 final mərhələsinin Portuqaliya ilə matçda (2:1) zədələnib.