Ağsuda bruselyoz xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır (FOTO)


Digərləri 15 Avq 2018 14:26:41 230 0

Ağsuda bruselyoz xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır (FOTO)

Rayon üzrə 7105 baş iribuynuzlu heyvan, 2508 baş xırdabuynuzlu heyvan seroloji müayinə olunub

Bakı. Ağsuda iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər aparılır. Dövlət Baytarlıq Xidmətindən Trend-ə verilən məlumata görə, rayonun Hacıqədirli, Ərəbuşağı, Kalva, Nuran, Gəgəli, Sarvan və digər kəndlərində cavan iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır. Peyvəndləmə Türkiyə istehsalı olan “Brudoll-A” vaksini ilə 3-8 aylıq dişi (damazlıq) heyvanlara göz-damcı üsulu ilə sağ qulağa nişan vurmaqla həyata keçirilir. İndiyə kimi rayon ərazisində bruselyoz xəstəliyinə qarşı 4500 baş iribuynuzlu, 19 100 baş xırdabuynuzlu heyvanda peyvənd işi aparılıb. Epizootik plana uyğun olaraq peyvəndləmə tədbirinin 6200 baş iribuynuzlu heyvanda aparılması nəzərdə tutulur. Eyni zamanda bruselyoz xəstəliyinin diaqnostikası məqsədilə 7105 baş iribuynuzlu heyvandan, 2508 baş qoçdan qan nümunələri götürülərək seroloji müayinə olunub.