"Səməd dedi ki, Sevda yaşlanıb, cavan adam istəyirəm"


Şou-biznes 15 Avq 2018 14:04:00 271 0

"Səməd dedi ki, Sevda yaşlanıb, cavan adam istəyirəm"

Rejissor Nail Naiboğlunun "Stop" layihəsinin növbəti qonağı Sevda Əliqızı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı keçmiş duet ortağı xalq artisti Səməd Səmədovdan gileylənib. O bildirib ki, Səmədə görə müğənni Bəsti Sevdiyeva ilə münasibətləri korlanıb:

"Rühəngiz Allahverdiyeva Səmədlə ayrılandan sonra Bəsti gəldi. Oldular düşmən. Mən gələndən sonra isə Bəsti mədən üz çevirdi, qısqanclıq yarandı. Səmədlə başqa bir münasibətimiz oldu və ayrıldıq. 15 il birlikdə nə qədər iş gördük. Səməd haqqımda dedi ki, Sevda yaşlanıb, cavan adam istəyirəm. Bu da aramızda qalmaqal yaratdı. Daha sonra isə mənə xəbər göndərdi ki, otursun evdə, ona pul göndərərəm. Mən qocayam, dilənçiyəm, pensiyaya çıxmışam, nəyəm? Çox əsəbi oldum, səhəri yazdım ki, hər  ay gətir min manat ver. Başladılar hər yerə yaydılar ki, Sevda reketdir".