Şəmkirdə silahlı insident olub


Digərləri 15 Avq 2018 13:23:49 3112 0

Şəmkirdə silahlı insident olub

Şəmkir şəhəri ərazisində münaqişə zəminində tüfəngdən açdığı atəşlə şəhər sakini O.Həsənovu yaralayan N.Niftalıyev saxlanılıb

Bakı. Şəmkirdə silahlı insident olub. DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 14-də Şəmkir şəhəri ərazisində yaşayan Oruc Həsənovun həyətində tanışı olan Ramiz Niftalıyevlə əmisi oğlu Nazim Niftalıyev arasında mübahisə baş verib, sonuncu tüfəngdən açdığı atəşlə O.Həsənovun sol əl nahiyəsinə xəsarət yetirib.