Dövlət Maliyyə Nəzarəti Xidməti bir sıra xəstəxanalarda nöqsanlar aşkar etdi


Digərləri 15 Avq 2018 12:40:00 260 0

Dövlət Maliyyə Nəzarəti Xidməti bir sıra xəstəxanalarda nöqsanlar aşkar etdi

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2018-ci ilin birinci yarısında bir sıra xəstəxanalarda nöqsanlar aşkar edib.

Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Səhiyyə Nazirliyinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən klinik xəstəxanalarında aparılan nəzarət tədbirləri ilə mütəmadi olaraq mövcud olan vakant ştat vahidlərinə görə yaranmış vəsait hesabına mühasibatlıq tərəfindən faktiki olaraq işçilərin iş günlərinin artıq göstərilməsi və əməkhaqlarının əsassız olaraq artırılması nəticəsində artıq hesablanmış vəsaitin nəzarət obyektində əvvəllər işləmiş və sonradan tutduqları vəzifələrindən azad edilmiş, həmçinin hazırda işləyən işçilərin plastik kartlarına köçürülərək israf edildiyi, avtomobillərə aylıq yürüş həddindən artıq qət edilmiş məsafəyə görə yanacaq silindiyi, maddi-məsul şəxslərin öhdələrində dərman preparatları, reaktivlər və ərzaq məhsulları üzrə çatışmazlığa yol verildiyi, malların (iş və xidmətlərin) satınalma müsabiqələri keçirilmədən satın alındığı, bəzi hallarda özəl tibb müəssisələrinə verilən eritrasit kütlənin, təzə dondurulmuş plazmanın, trambosit kütlənin və yuyulmuş eritrosit kütlənin qablaşdırılması üçün istifadə edilən torbanın dəyərinin həmin müəssisələrdən alınmadığı, müalicə olunan xəstələrin "xəstəlik tarixçələri"ndə həkimlərin müvafiq qeydləri olmadığı halda dərman preparatlarının uçotdan silindiyi, klinikaların müvafiq kabinet və şöbələri təmir işləri ilə əlaqədar fəaliyyət göstərmədikləri halda həmin kabinet və şöbələrin işçilərinə zərərli iş şəraitinə görə vəzifə maaşının üçdə iki hissəsi qədər əlavə haqqın ödənildiyi müəyyən olunub.

Kliniki xəstəxanaların çoxunda müvafiq dövr üçün ştat cədvəlləri tərtib edilərkən əvvəlki dövrlərdə mövcud olan vakant ştat vahidlərinin sayı nəzərə alınmayıb və nəticədə bütün illərdə proqnozlaşdırılmış ştat vahidlərinin xeyli hissəsi vakant qalmış və bu hesaba əməkhaqqı fondunda istifadə edilmədən qalmış büdcə vəsaiti işçilərə əlavə haqq kimi bəzi hallarda əsaslı, bəzi hallarda isə əsassız olaraq ödənilib.