Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlayıb


Digərləri 15 Avq 2018 12:31:00 160 0

Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlayıb

Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlayıb

Bakı. Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlayıb. DGK-dan Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib. Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.