Komitə qanunsuz yolla keçirilən xeyli sayda qaz balonu aşkar edib (FOTO)


Digərləri 15 Avq 2018 12:35:00 186 0

Komitə qanunsuz yolla keçirilən xeyli sayda qaz balonu aşkar edib (FOTO)

Dövlət Gömrük Komitəsi (DGK) qanunsuz yolla keçirilən xeyli sayda qaz balonu aşkar edib

Bakı. Dövlət Gömrük Komitəsi (DGK) qanunsuz yolla keçirilən xeyli sayda qaz balonu aşkar edib. DGK-dan Trend-ə verilən məlumata görə, Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.