Azercell-dən bölgələr üçün günlük limitsiz danışıq və internet bir təklifdə


Digərləri 15 Avq 2018 12:16:22 367 0

Azercell-dən bölgələr üçün günlük limitsiz danışıq və internet bir təklifdə

Ölkənin lider mobil operatoru Azercell Telekom bölgələrdə yaşayan abunəçiləri üçün yüksəksürətli mobil internetdən istifadəni daha əlverişli etmək məqsədilə yeni limitsiz danışıq və internet paketini təqdim edir.

Bakı. Ölkənin lider mobil operatoru Azercell Telekom bölgələrdə yaşayan abunəçiləri üçün yüksəksürətli mobil internetdən istifadəni daha əlverişli etmək məqsədilə yeni limitsiz danışıq və internet paketini təqdim edir. İndi cəmi 0,60 AZN ödəməklə günlük paketə qoşulan abunəçilər 24 saat ərzində limitsiz danışıq və 50 MB həcmində mobil internet imkanı əldə edirlər. Azercell-in təqdim etdiyi bu sərfəli kampaniyaya qoşulmaq üçün regionlarda yaşayan istifadəçilərin START yazıb 2552-ə göndərmələri kifayətdir. Sözügedən paketi aktivləşdirən abunəçi cari günün sonuna qədər limitsiz danışıqdan və internetdən faydalana bilər. Kampaniya çərçivəsində təqdim edilən limtsiz danışıq yalnız şəbəkədaxili zənglərdə istifadə oluna bilər.