Bakıda 19 yeni piyada keçidi inşa ediləcək


Digərləri 15 Avq 2018 11:56:00 220 0

Bakıda 19 yeni piyada keçidi inşa ediləcək

Bakı şəhərində piyada təhlükəsizliyi və piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması işləri davam etdirilir.

Son.az Trend-ə istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə 19 ünvanda müxtəlif səviyyəli piyada keçidinin yeri müəyyən edilərək razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilib.

Piyada keçidlərinin əsasən sürət həddinin və nəqliyyat intensivliyinin yüksək olduğu Heydər Əliyev və Ziya Bünyadov prospektləri, Zağulba yolu, Salyan şosesi, Bakı-Ələt-Qazax, Bakı-Şamaxı-Yevlax avtomagistralları və digər şəhərətrafı yollarda təşkil edilməsi nəzərdə tutulub.