Türkiyənin idxal rüsumunu artırdığı ABŞ məhsullarının SİYAHISI


Digərləri 15 Avq 2018 10:46:55 284 0

Türkiyənin idxal rüsumunu artırdığı ABŞ məhsullarının SİYAHISI

Türkiyə bəzi ABŞ məhsullarının idxalına görə tətbiq edilən rüsumu 100 faiz artırıb.

Bakı. Türkiyə bəzi ABŞ məhsullarının idxalına görə tətbiq edilən rüsumu 100 faiz artırıb. Trend-in məlumatına görə, idxal rüsumu artırılan məhsullar arasında minik avtomobilləri, spirtli içkilər, kağız məmulatları, kosmetika məhsulları, daş kömür, tütün məmulatları, bəzi meyvələr də var. Prezidentin müvafiq qərarı bu gün "Resmi Gazete"də dərc olunub.