DİQQƏT! Bu ərazilərdə su olmayacaq


Digərləri 15 Avq 2018 10:31:00 242 0

DİQQƏT! Bu ərazilərdə su olmayacaq

"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsinin yüksəlməsilə əlaqədar Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. 

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.