Kürdə bulanıqlıq səbəbindən bəzi rayonlarda su olmayacaq


Digərləri 15 Avq 2018 10:29:00 276 0

Kürdə bulanıqlıq səbəbindən bəzi rayonlarda su olmayacaq

Bakının 3 rayonu və Hacıqabulda su olmayacaq.

Bakı. Bakının 3 rayonu və Hacıqabulda su olmayacaq. “Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsinin yüksəlməsilə əlaqədar Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.