Dünyanın ən yaxşı ali məktəblərinin reytinqi dərc olunub
Sosial 15 Avq 2018 10:11:32 261 0
Reytinqdə 1 Türkiyə, 4 Rusiya və 2 İran universiteti yer alıb
"Report" xəıbər verir ki, siyahıya ABŞ-ın Harvard Universiteti başçılıq edir. Reytinqdə ikinci Stenford Universitetidir, 3-cü isəBöyük Britaniyanın Kembric Universitetidir.
İlk beşlikdə növbəti yerləri dəABŞ ali təhsil müəssisələri tutur: Massaçusets Texnologiya İnstitutu və Kaliforniya Universiteti.
Reytinqdə 1 Türkiyə, 4 Rusiya və 2 İran universiteti yer alıb.
Qeyd edək ki, reytinq təhsilin keyfiyyəti, professor-müəllim heyətinin keyfiyyəti, elmi fəaliyyət, işçinin orta məhsuldarlığı kimi meyarlar əsasında tərtib edilib. Eyni zamanda, təhsilin keyfiyyəti qiymətləndirilərkən məzunları Nobel mükafatına, Filds medalına layiq görülən universitetlər nəzərdən keçirilir.
Azərbaycan universitetləri siyahıya daxil edilməyib.