Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı


Digərləri 15 Avq 2018 10:09:00 239 0

Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı

Xəbər verdiyimiz kimi Kapital Bank, "Breyn Rinq" televiziya layihəsinin maliyyə tərəfdaşıdır. 2018-ci ilin ilk mövsümündə "Bilik Kuboku"nun sahibi "Göyçay" komandası olub.

Kapital Bank-ın nümayəndələri tərəfdaş olaraq qalib komanda ilə görüşüb və komandanı təbrik edib. Qalib komandaya 3000 manat pul və korporativ hədiyyələr təqdim edilib.

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, Kapital Bank həmçinin "Nə? Harada? Nə vaxt?" intellektual klubun da rəsmi tərəfdaşıdır.