Nazirlik rəsmisi: “Hədəflərimizdən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almaqdır”


Digərləri 15 Avq 2018 09:50:00 257 0

Nazirlik rəsmisi: “Hədəflərimizdən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almaqdır”

"Hədəfimiz Xəzər dənizini ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevirməkdir".

Bunu Son.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Faiq Mütəllimov deyib.

O, bildirib ki, Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır: "Sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri, ictimai-iaşə obyektləri, üzən vasitələrdən atılan tullantılar əsas çirləndiricilər kimi xaraterizə edilir. Vətəndaşların etinasız yanaşması nəticəsində ətraf ərazilərin zibillənməsi, sahil zonalarında şəhərlərin inkişaf etməsi, sənayeləşmə və əhalinin say artımı da çirkləndirici amil olaraq qeydə alınır. Avqustun 12-i "Xəzər günü" ilə bağlı Buzovna çimərliyində keçirilən iməcilikdə bir daha aydın oldu ki, vətəndaşlar öz istirahətlərini təşkil edən zaman ekoloji təmizliyə riayət etmirlər. Aparılan müşahidələr onu deməyə əsas verir ki, iməcilik keçirilən ərazinin demək olar ki, 99%-i vətəndaşlar tərəfindən atılan plastik tullantılar və qida qalıqları ilə çirkləndirilib. Yəni cəmiyyətdə hələ də ətraf mühitə qarşı biganəlik mövcuddur ki, bu da sahil zonasında rekreasiya əhəmiyyətli ərazilərin və digər sahələrin ekoloji tarazlığının pozulmasına, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır".