Azərbaycan manatının dövriyyəyə buraxılmasından 26 il keçir


İqtisadiyyat 15 Avq 2018 09:00:00 120 0

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 26 il keçir

Ölkənin ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb

Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 26 il keçir.

"Report"un məlumatına görə, ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub.

1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əsginaslar dövriyyəyə buraxılıb. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub, yəni hər iki valyutadan istifadə edilib. Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.

Bununla belə, o vaxtı çətin iqtisadi şərait çərçivəsində milli valyutanın məzənnəsini sabit saxlamaq mümkün deyildi. Manat digər xarici valyutalara nisbətdə sürətlə ucuzlaşırdı. Əgər 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər idisə, bir il sonra bu nisbət 4 182 manata qalxıb. Bu isə dövriyyəyə daha böyük nominallı əsginasların buraxılması hesabına baş verirdi. Belə ki, Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə Almaniyanın “Giesecke & Devrient” şirkəti tərəfindən 10 000 manatlıq, 1996-cı ildə isə İngiltərənin “De La Rue” şirkəti tərəfindən 50 000 manatlıq əsginaslar çap edilərək dövriyyəyə buraxılıb. Sonuncu həm də 2001-ci ildə 1 000 manatlıq əsginasın yeni dizaynda hazırlanmasını həyata keçirib.

Ümumikdə, Milli Bank tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində təxminən 5,239 trln. manatlıq 692,5 mln. ədəd əsginas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən çıxarılıb.

2005-ci il fevralın 7-də Prezident İlham Əliyev "Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub və bir il hər iki pul qüvvədə olub. 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilib. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslardan və 1, 3, 5, 10, 20, 50 qəpik metal pul nişanlarından ibarətdir. Yeni manatın dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanları isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.

Uzun illər Cənubi Qafqazın ən güclü və sabit valyutası olan Azərbaycan manatı 2015-ci il fevralın 21-də, 20 illik fasilədən sonra ilk kəskin məzənnə dəyişikliyinə məruz qalıb. Azərbaycan Mərkəzi Bankı milli valyutanın 34% ucuzlaşdırılmasına qərar verib. Buna səbəb isə 1990-cı illərin sonundan manata dəyər qazandıran neftin dünya bazarında kəskin ucuzlaşması olub. Son nəticədə dolların rəsmi məzənnəsi 0,78 AZN/USD-dən 1,05 AZN/USD-yə qədər artırılıb.

Bununla belə, neftin getdikcə ucuzlaşması və ölkəyə daxil olan dollar kültəsinin azalması fonunda yeni məzənnənin uzun müddət saxlamaq mümkün olmayıb. 2015-ci il dekabrın 21-də Mərkəzi Bank vəziyyətdən çıxış yolu kimi manatı "üzən məzənnə" rejiminə keçirib. Bundan sonra ölkədə rəsmi məzənnə 1,55 AZN/USD-yə bərabər olub. Amma yeni vəziyyətdə manatın məzənnəsini ona tələbatın hansı səviyyədə olması müəyyən etdiyindən dolların və digər xarici valyutaların milli valyutaya nəzərən qiyməti mütəmadi olaraq dəyişib.

Məsələn, ötən il fevralın 1-2-də 1 dollar 1,92 manata bərabər olub ki, bu da "üzən məzənnə" rejiminə keçilməsindən bəri ən yüksək həddir. 2016-cı il mayın 25-26-da isə dolların qiyməti minimum həddə - 1,49 AZN/USD-yə düşüb. Bu günə olan rəsmi məzənnə isə 1,700AZN/USD-yə bərabərdir və bu göstərici bu il martın 7-dən bəri dəyişməyib.

Genuyada uçan körpünün dağıntıları altında insanlar qala bilər like
  • 15 Avq 08:59  
Dünya Genuyada uçan körpünün dağıntıları altında insanlar qala bilər

İtaliyanın Genuya şəhərində uçan körpünün dağıntıları altında ins

arrow Ətraflı
Denverdə yaşayış evində partlayış baş verib: 10 yaralı like
  • 15 Avq 08:54  
Dünya Denverdə yaşayış evində partlayış baş verib: 10 yaralı

ABŞ-ın Denver şəhərində (Kolorado ştatı) yaşayış evində partlayış

arrow Ətraflı
6 otaqlı ev yanıb like
  • 15 Avq 08:49  
Digərləri 6 otaqlı ev yanıb

Qusarda yanğın qeydə alınıb.

arrow Ətraflı
Gəncədə kafe yanıb like
  • 15 Avq 08:47  
Digərləri Gəncədə kafe yanıb

Gəncədə yanğın qeydə alınıb

arrow Ətraflı
Kompüteriniz üçün maraqlı FOTOSESSİYA like
  • 15 Avq 08:45  
Digərləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Meksikada parlamentə yeni seçilmiş deputatı qaçırıblar like
  • 15 Avq 08:40  
Dünya Meksikada parlamentə yeni seçilmiş deputatı qaçırıblar

Meksikada parlamentə Verakrus ştatından yeni seçilmiş deputat Asunesa Rodri

arrow Ətraflı
Yunanıstanda yanğınlar nəticəsində ölənlərin sayı 96ya çatıb like
  • 15 Avq 08:35  
Dünya Yunanıstanda yanğınlar nəticəsində ölənlərin sayı 96ya çatıb

Yunanıstanda yanğınlar nəticəsində ölənlərin sayı 96-ya çatıb.

arrow Ətraflı
Rusiya hərbçiləri avqust ərzində Suriyada 16 PUA vurub like
  • 15 Avq 08:31  
Dünya Rusiya hərbçiləri avqust ərzində Suriyada 16 PUA vurub

Rusiya hərbçiləri avqust ayı ərzində Suriyada qanunsuz silahlı birləşm

arrow Ətraflı
Denverdə yaşayış evində partlayış baş verib: 10 yaralı like
  • 15 Avq 08:29  
Digərləri Denverdə yaşayış evində partlayış baş verib: 10 yaralı

ABŞ-ın Denver şəhərində (Kolorado ştatı) yaşayış evində partlayış

arrow Ətraflı
London parlamentin qarşısında baş verən insidentin terror aktı olduğunu tam təsdiq etməyib like
  • 15 Avq 08:28  
Dünya London parlamentin qarşısında baş verən insidentin terror aktı olduğunu tam təsdiq etməyib

Britaniya hakimiyyəti parlamentin qarşısında avtomobilin insanların üzəri

arrow Ətraflı
Hindistanın Rusiyada yeni səfiri təyin edilib like
  • 15 Avq 08:25  
Dünya Hindistanın Rusiyada yeni səfiri təyin edilib

Bala Venkateş Varma Hindistanın Rusiyadakı yeni səfiri təyin edilib.

arrow Ətraflı
Genuyada körpünün uçması nəticəsində ölənlərin dəqiq sayını açıqlanıb like
  • 15 Avq 08:22  
Dünya Genuyada körpünün uçması nəticəsində ölənlərin dəqiq sayını açıqlanıb

İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində 22 nəfər

arrow Ətraflı
Bitkoin 6 min dollaradək ucuzlaşıb like
  • 15 Avq 08:19  
Digərləri Bitkoin 6 min dollaradək ucuzlaşıb

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşıb.

arrow Ətraflı
İtaliyada zəlzələ olub like
  • 15 Avq 08:17  
Dünya İtaliyada zəlzələ olub

Mərkəzi İtaliyada 4,9 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Bakıda özünü 12ci mərtəbədən atmaq istəyən şəxs xilas edilib like
  • 15 Avq 08:15  
Digərləri Bakıda özünü 12ci mərtəbədən atmaq istəyən şəxs xilas edilib

Bakı şəhərinin Nəsimi rayonunda intihara cəhd hadisəsi baş verib.

arrow Ətraflı