Almaniyada kibertəhlükəsizlik agentliyi yaradılacaq


Dünya 15 Avq 2018 08:12:00 238 0

Almaniyada kibertəhlükəsizlik agentliyi yaradılacaq

Almaniya hökuməti İnnovasiyalar və Kibertəhlükəsizlik üzrə agentlik adlanacaq yeni milli struktur yaradır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni qurumun yaradılması üzərində ölkənin Müdafiə və Daxili İşlər nazirlikləri çalışır. İsrail və ABŞ təcrübəsindən istifadə ediləcək agentliyin formalaşdırılması ilə bağlı son razılaşma avqustun 15-nə təyin olunub.

Agentliyin kibertexnologiyalar sahəsində məhsulların hazırlanması ilə məşğul olan şirkətlərin fəaliyyətini izləyəcəyi planlaşdırılır.