Bakıda özünü 12ci mərtəbədən atmaq istəyən şəxs xilas edilib


Digərləri 15 Avq 2018 08:15:00 238 0

Bakıda özünü 12ci mərtəbədən atmaq istəyən şəxs xilas edilib

Bakı şəhərinin Nəsimi rayonunda intihara cəhd hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Son.az-a verilən məlumata görə, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Nəsimi rayonunda 1 nəfər kişi tikilməkdə olan çoxmərtəbəli binanın 12-ci mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.