Timsah Gena, Çeburaşka və poçtalyon Peçkin personajlarının müəllifi vəfat edib


Dünya 15 Avq 2018 08:10:00 369 0

Timsah Gena, Çeburaşka və poçtalyon Peçkin personajlarının müəllifi vəfat edib

Sovet və Rusiya yazıçısı, ssenariçisi, "Timsah Gena" və "Prostokvaşinoda tətil" kimi uşaq kitablarının müəllifi olan Eduard Uspenski 81 yaşında vəfat edib.

Son.az report.az-a istinadən bildirir ki, Uspenski avqustun 14-ü axşam Yeni Moskvadakı evində keçinib.

Yazıçı son illərdə ağır xəstəlikdən əziyyət çəkirdi. Avqustun əvvəlində Almaniyada müalicədən sonra ölkəsinə qayıdıb. Dramaturq avqustun 9-da evdə özünü pis hiss edərək huşunu itirib.