Xəzəryanı ölkələr brakonyerliyə qarşı birgə mübarizə aparacaqlar


Digərləri 15 Avq 2018 07:45:00 242 0

Xəzəryanı ölkələr brakonyerliyə qarşı birgə mübarizə aparacaqlar

Xəzər dənizində brakonyerliyə qarşı birgə mübarizənin aparılması məqsədilə Xəzəryanı ölkələr arasında protokol imzalanacaq.

Bakı. İlhamə İsabalayeva - Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın bu ilin noyabr ayında keçiriləcək ikinci sessiyasında Xəzər dənizində brakonyerliyə qarşı birgə mübarizənin aparılması məqsədilə Xəzəryanı ölkələr arasında protokol imzalanacaq. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib. M.Axundovun sözlərinə görə, həmin protokol əsasında Xəzəryanı ölkələrin hüquq-mühafizə orqanları, sərhəd qoşunları brakonyerliyə qarşı birgə tədbirlər həyata keçirəcəklər.