Qadının iddiası


Digərləri 15 Avq 2018 07:35:00 274 0

Qadının iddiası

Böyük Britaniyada yaşayan bir qadın yadplanetlilər tərəfindən əməliyyat edildiyini bildirib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, qadının etirafları "Project Avalon" portalında dərc edilib.

"Mən övladımla gəzintidən qayıdırdım. Oğlumu çarpayıya qoydum və ev işləri ilə məşğul olmağa başladım. Birdən qarnımda kəskin sancı hiss etdim. Ağrı o dərəcədə şiddətli idi ki, elə bildim öləcəm.

Bir neçə dəqiqə sonra ağrı yoxa çıxdı. Amma mən həkimə yazıldım. Həkim məni qəbul etdikdən sonra endoskopiya proseduruna göndərdi. Prosedur bir həftə sonra olmalı idi. Amma gecə elə hadisə baş verdi ki, bunu heç vaxt unuda bilmərəm. Gecə otağımda yad adamların olduğunu hiss etdim və yuxudan ayıldım. Çarpayımda üç yadplanetli oturmuşdu. Onlar uşağa bənzəyirdilər və mən qorxu hissi keçirmədim. Mən onların ikisinin əlindən tutdum və yataq otağı fırlandı, divar əvəzinə keçid yarandı və biz bu qapıdan keçdik. Biz divarları böyük kompüter ekranları olan böyük otağa keçdik. Kompüterlərin arxasında kiçik yadplanetlilər oturmuşdular. Bütün otaq ağ idi və divardakı ekranlarda məşhur kişilərin fotoları var idi. Mən başa düşdüm ki, onlar bu məşhurları tədqiq edirlər. Başa düşdüm ki, mənimlə gələn yadplanetlilər də məni öyrənirlər. Sonra isə yaddaşım itir. Xatırlayıram ki, çarpayıda uzanmışam və yanımda yadplanetlilər var. Onlardan biri böyük və hündür idi. Mən onunla telepatiya vasitəsilə əlaqə qurub danışdım. O, nəsə etməyə başladı və mən ağrıdan qışqırdım.  Məxluq cavab olaraq mənimlə sərt danıçmağa başladı. Dedi ki, mənim ağrım real deyil və əslində mən heç nə hiss etmirəm, sakit uzanmalıyam. Mən onun dediyi kimi etdim və o, işini davam etdirərək qarnımdan iki soxulcana bənzər nəsə çıxardı. Məxluq mənə dedi ki, qarnımda bunlardan biri də var amma onu çıxarmadı.