ABŞ-da yaşayış evində partlayış olub, 10 nəfər xəsarət alıb


Dünya 15 Avq 2018 04:10:00 220 0

ABŞ-da yaşayış evində partlayış olub, 10 nəfər xəsarət alıb

Hadisə Kolorado ştatında baş verib

ABŞ-ın Kolorado ştatının Denvere şəhərində birmərtəbəli çoxmənzilli yaşayış evində məişət qazının partlaması nəticəsində ən azı 10 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər Yanğın Mühafizə Xidmətinin rəsmi nümayəndəsi Qreq Piksliyə istinadən "Fox News" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, bütün ev sakinlərinin olduğu yer müəyyən edilib. Zərərçəkənlərin bir hissəsi yanıq xəsarətləri alıblar və lazımi tibbi yardımın göstərilməsi üçün xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlər arasında uşaq yoxdur.