Filadelfiyada naməlum şəxs univermaqda insanlara atəş açıb


Dünya 15 Avq 2018 05:49:39 209 0

Filadelfiyada naməlum şəxs univermaqda insanlara atəş açıb

Hadisə nəticəsində 3 nəfər yaralanıb, iki polis xəsarət alıb

Çərşənbə axşamı ABŞ-ın Pensilvaniya ştatının şimalında yerləşən Filadelfiya şəhərinin "Walmart" univermaqlar şəbəkəsində naməlum şəxs atəş açaraq iki satıcını və bir alıcını yaralayıb. Hadisəni törədən şəxs saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat "Philadelphia Inquirer" qəzetinin saytında dərc olunub.

Bildirilir ki, hücum edən şəxs hadisə yerindən maşınla qaçmaq istəyib, amma yerli polisin xidməti maşınına çırpılaraq dayanıb. Xidməti avtomobildə olan iki polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Kişi saxlanılan zaman qanun keşikçilərinə müqavimət göstərib. Hazırda istintaq cinayətin motivlərini araşdırır.