Almaniyada sincab polis tərəfindən saxlanıldı


Digərləri 15 Avq 2018 01:30:00 243 0

Almaniyada sincab polis tərəfindən saxlanıldı

Almaniyanın Karlsrue şəhərində bir nəfərin arxasınca düşən sincab polis tərəfindən saxlanılıb.

Son.az xəbər verir ki, parkdan keçərkən arxasınca düşən sincabdan qorxan şəhər sakini polisə müraciət edib.

Polis isə sincabı yorulana qədər təqib edib.

Karlsrue polis bölməsinin sözçüsü Kristina Krenz analarını itirən sincabların anaları kimi gördüyü insanlara bağlandıqları və onlardan qayğı görmək istədiklərini bildirib.